• Bakı 18° C

    7.49 m/s

Türkiyə klubunun debüt oyununda azərbaycanlı hakim

İDMAN

06 Iyul 2023 | 14:54

Türkiyə klubunun debüt oyununda azərbaycanlı hakim

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Rumıniyada ÇFR və Türkiyənin "Adana Demirspor" komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR