• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sumqayıt"  braziliyalı futbolçu transfer edir

İDMAN

06 Iyul 2023 | 10:42

"Sumqayıt" braziliyalı futbolçu transfer edir

Portuqaliyanın "Torreense" klubunun futbolçusu Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər.

Bakıvaxtı.az "Record" nəşrinə istinadən xəbər verir ki, "Sumqayıt" klubu 27 yaşlı vingerlə maraqlanır.

"Gənclik şəhəri" təmsilçisinin braziliyalı oyunçu ilə danışıqlar apardığı bildirilir. Nəşr yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə oluna biləcəyini yazıb.

Qeyd edək ki, Dieqo Raposo Portuqaliya təmsilçisinin heyətində 32 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026