18 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Avropa çempionatında ilk matçına çıxacaq.
Bakıvaxtı.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatında millimiz Albaniya ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.