q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

İDMAN

21 Avqust 2024 | 19:51

Araz-Naxçıvan Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

"Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, H qrupunda yer alan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv ilk görüşdə Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gəlib.

İsveçin Uddevalla şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 7:1.

Qeyd edək ki, "Araz-Naxçıvan" sabah Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.


SON XƏBƏRLƏR

13 May 2026