• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Ölkəmizi beynəlxalq turnirdə bu güləşçilər təmsil edəcək

İDMAN

20 Sentyabr 2024 | 17:06

Ölkəmizi beynəlxalq turnirdə bu güləşçilər təmsil edəcək

Azərbaycanı Rusiyanın Tümen şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.

Komanda sabah Rusiyaya yollanacaq.

Qeyd edək ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək. Turnir sentyabrın 24-25-də keçiriləcək.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025