• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskva bu məsələni yalnız Bakı ilə müzakirə edəcək - AÇIQLAMA

DÜNYA

10 Fevral 2024 | 11:49 | Müəllif: Subhan Mahmudov

Moskva bu məsələni yalnız Bakı ilə müzakirə edəcək - AÇIQLAMA

Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

Bakıvaxtı.az bildirir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. "Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq"./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026