Gürcüstan hökuməti Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı yönəlmiş qeyri-dost hərəkətlərindən narahat olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, Gürcüstan iki il ərzində Ukrayna dövləti və xalqı ilə həmrəylik ifadə edib, həmçinin Rusiyanın hərbi təcavüzünü pisləyib:
“O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün müxtəlif platformaların 600-dən çox qərarına qoşulub. Bütün bunların fonunda rəsmi Kiyevin Ukrayna və gürcü xalqları arasında dostluğa kobud şəkildə zidd olan qərarları təəssüf və narahatlıq doğurur”.
Xatırladaq ki, 2022-ci il martın 1-də rəsmi Kiyev Gürcüstanın anti-Rusiya sanksiyalarına qoşulmaqdan və Ukraynaya könüllülər göndərməkdən imtina etdiyinə görə Tbilisidəki səfirini geri çağırmışdı.
Günəş Mərd
















