• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

110 illik tarixi tablo parçalanıb

DÜNYA

11 Mart 2024 | 10:28

110 illik tarixi tablo parçalanıb

Kembric Universitetinin Triniti Kollecində nümayiş etdirilən Lord Artur Ceyms Balfurun portreti məhv edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin tərəfdarı olan “Falestine Action” qrupuna bağlı bir fəal əvvəlcə tablonu qırmızı rəngə boyayıb, sonra bıçaqla kəsib.

Xatırladaq ki, 1917-ci ildə yəhudilərin Fələstində dövlət qurmasına səbəb olan “Balfour Bəyannaməsi” kimi tarixə düşən bəyannaməni imzalayan şəxs İngiltərənin keçmiş baş naziri Lord Balfour olub.

“Falestine Action” qrupu Britaniyanın 1917-ci ildən bəri fələstinlilərə qarşı etnik təmizləməni dəstəklədiyini iddia edib. Bu səbəbdən tədbir görüldüyü bildirilib. İngiltərə Baş nazirinin müavini Oliver Dowden "Mən axmaqvandalizmin hərəkətlərindən dəhşətə gəlirəm" deyib. O, günahkarların qanun qarşısında cavab verəcəyini bildirib.

Kembric polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Bildirilib ki, birinci mərhələdə həbslər olmayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026