• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Popokatepetl vulkanı aktivləşib

DÜNYA

11 Mart 2024 | 09:13

Popokatepetl vulkanı aktivləşib

Mexikodan 70 km aralıda yerləşən Popokatepetl vulkanı aktivləşərək atmosferə buxar və kül atmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi xəbər verib.

"Son 24 saat ərzində 9 püskürmə, həmçinin 1394 dəqiqə yüksək tezlikli və aşağı amplitudalı vulkanik təkan qeydə alınıb", - deyə qeyd olunub.

Məlumata əsasən, vulkanik fəaliyyət su buxarı, kül və müxtəlif qazların atılması ilə müşayiət olunub.

Vulkanoloqlar qeyd edib ki, hazırda təhlükəsiz məsafə vulkanın kraterindən 12 km-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026