Erməni seperatçılarının rəhbəri Arayik Arutyunyan bəyanat verib ki, Qarabağ erməniləri Azərbaycana inteqrasiyanı qəbul etmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bəyanatlarında daim bildirir ki, ermənilər əgər Qarabağda yaşamaq istəyirsə, Azərbaycan qanunlarına tabe olmalıdır.
Maraqlıdır, Arutyunyanın bəyanatından belə başa düşmək olarmı ki, yenidən müharibə başlaya bilər?
Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a bildirib ki, Ermənistanın müharibə üçün müqaviməti yoxdur:
“Müharibə olsa, Ermənistan darmadağın olacaq, daha böyük məğlubiyyətə uğrayacaq. Bu, sadəcə Arutyunyanın Rusiyanın xoşuna gəlmək məqsədilə verdiyi bəyanatdır. Bu sözlərin heç bir mahiyyəti yoxdur”.
Ekspert sülh sazişi olmadan da yaşamağın mümkünlüyündən danışıb:
“2025-ci ildə Azərbaycan qanuni şəkildə rus sülhməramlılarını Qarabağdan göndərəcək. Onlar gedəndən sonra ermənilər istəyərlər qalarlar, istəməzlər gedərlər. Bizim məqsədimiz erməniləri Qarabağdan çıxarmaq yox, sülhə nail olmaqdır. Bizə lazımdır ki, ermənilər daşı ətəklərindən töküb, ərazisində yaşadığı dövləti tanısınlar və ya vətəndaşlığımızı qəbul edib, ya da xarici pasport götürüb yaşasınlar”.
Onun sözlərinə görə, proseslər Azərbaycanın xeyirinədir.
“Həm siyasi, həm iqtisadi, həm hərbi, həm də qanuni Azərbaycan üstündür”, - deyə Zərdüşt Əlizadə vurğulayıb.
Nuranə Daxilqızı












jpg-1680873092.webp)



