• Bakı 24° C

    2.18 m/s

Müharibə Ukraynaya 600 milyard dollar ziyan vurub

İQTİSADİYYAT

18 Aprel 2022 | 22:33 | Müəllif: Subhan Mahmudov

Müharibə Ukraynaya 600 milyard dollar ziyan vurub

Aprelin 18-nə olan məlumata görə Ukraynada müharibə nəticəsində infrastruktura dəyən təsdiqlənmiş ziyan 2,5 trilyon qriven, və ya 85 milyard dollardır.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu statistikanı Kiyev İqtisad Məktəbi bir neçə dövlət qurumu ilə birgə tərtib edib.

Kiyev İqtisad Məktəbinin hesablamasına görə Ukraynanın müharibə nəticəsində birbaşa və dolayı itkiləri 600 milyard dollara yaxındır. Ziyan hesablanarkən ÜDM-in və sərmayələrin azalması, əlavə müdafiə xərcləri və digər ayrılmalar da nəzərə alınıb. Təkcə infrastruktura dəyən təsdiqlənmiş ziyan 2,5 trilyon qriven, və ya 85 milyard dollardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026