Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş və süni intelektlə hazırlanmış "Düşmənə qarşı tək" filminin təqdimatı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, təqdimatı Mingəçevir Dövlət Dram Teatrında baş tutan filmin ssenari müəllifi Fariz Əliyevidir. Sənədli motivlər əsasında SOY prodakşin tərəfindən ərsəyə gələn filmin təqdimat nümayişində qəhrəmanın doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri yer alıb.
25 dəqiqəlik film izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, "Düşmənə qarşı tək" filmi təcrübəli süni intelekt mütəxəssisləri Sarvan Hüseyn və Nəzrin Məmmədli tərəfindən hazırlanıb.
Təqdimat zamanı səslənən çıxışlarda vurğulanıb ki, Milli Qəhrəman Natiq Qasımov özü də uşaqlıqdan film həvəskarı olub və hətta vaxtilə Mingəçevirdə kinomexanik vəzifəsində çalışıb.
Qeyd edək ki, Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. O, Azərbaycan uğrunda göstərdiyi fədakarlıqla tanınlb və 2024-cü ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1991-ci ildə cəbhəyə könüllü olaraq qoşulan Natiq Qasımov, 1992-ci ildə Xocalı yaxınlığındakı Pirlər kəndində göstərdiyi qəhrəmanlıqla yadda qallb. O, burada kilsədə möhkəm mövqe tutaraq, 5 gün ərzində gecə-gündüz döyüşərək düşmənləri geri atıb.
Natiq Qasımov 1992-ci ildə ermənilər tərəfindən əsir alınıb və sonrakı taleyi haqqında bir çox mübahisələr yaranıb.
Natiq Qasımovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və 2024-cü ilin iyununda ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilub. O, həmçinin, “Qızıl Ulduz” medalı ilə təltif olunub.
Murad İsmayıl
Bakı 








