• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

NATO müdafiə nazirləri Haaqa sammitinə hazırlığı müzakirə edəcək

DÜNYA

04 Iyun 2025 | 14:35

NATO müdafiə nazirləri Haaqa sammitinə hazırlığı müzakirə edəcək

NATO ölkələrinin müdafiə nazirləri sabah Brüsseldə alyansın Haaqa sammiti üçün hazırlıqları yekunlaşdırmaq məqsədilə toplaşacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində müttəfiqlər böyük bir addım atacaq və iddialı yeni hədəflər barədə razılığa gələrək Alyansın çəkindirmə və müdafiəsini gücləndirəcəklər.

"Bu toplantıda biz böyük bir sıçrayış edəcəyik. Hava və raket müdafiəsi, uzaq mənzilli silahlar, logistika ittifaqın əsas prioritetləri arasındadır. Hər hansı təhdidlə üzləşməyə hazır olmaq və kollektiv müdafiə planlarımızı tam şəkildə həyata keçirmək üçün daha çox resursa, qüvvəyə və imkanlara ehtiyacımız var", -deyə Alyansın Baş katibi Mark Rutte qeyd edib.

Onun sözlərinə görə, yeni hədəfləri həyata keçirmək üçün daha yüksək müdafiə xərclərinə ehtiyac var: "Bu, hər şeyin təməlini təşkil edir".


SON XƏBƏRLƏR

05 Iyun 2025