• Bakı 19° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Navalnı "yoxa çıxıb"

DÜNYA

11 Dekabr 2023 | 20:36 | Müəllif: Subhan Mahmudov

Navalnı "yoxa çıxıb"

Həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, onun adı artıq cəzasını çəkdiyi Melexovdakı islah koloniyasının siyahısında yoxdur.

Bakıvaxtı.az "İnsider" nəşrinə istinadən xəbər verir ki, bu barədə Navalnı ilə əlaqə saxlamaq mümkün olmayandan 6 gün sonra məlum olub.

“Bildirdilər ki, məhbus Navalnı artıq onların siyahısında yoxdur. Onun hara köçürüldüyünü söyləməkdən imtina edirlər”, - deyə Yarmış bildirib.

Navalnının nümayəndəsi onu da qeyd edib ki, Vladimir vilayətindəki xüsusi rejimli koloniya olan 7 saylı cəzaçəkmə müəssisəsində vəkilə Navalnının orada olmadığı bildirilib.

"Alekseyin harada olduğu hələ məlum deyil”, - deyə Yarmış bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR