• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək - YENİLƏNİB

SİYASƏT

07 Aprel 2025 | 11:03

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək - YENİLƏNİB

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məsələ müzakirə olunub.

İclasda Mehdi Ədalət oğlu Əliyevin Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri olub.

***

10:17

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.


SON XƏBƏRLƏR