• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Naxçıvanda açıq ərazidə yanğın söndürüldü - VİDEO

CƏMİYYƏT

13 Iyul 2023 | 17:23

Naxçıvanda açıq ərazidə yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az Nazirliyə istinadən xəbər verir ki, dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, açıq ərazidə baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən həyətyanı sahələrə keçmə riski yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazi 600m² sahədə və 2 ədəd ağac yanıb. Ətraf ərazilər, o cümlədən həyətyanı sahələr yanğından mühafizə olunub.


Naxçıvanda açıq ərazidə yanğın söndürüldü - VİDEONaxçıvanda açıq ərazidə yanğın söndürüldü - VİDEONaxçıvanda açıq ərazidə yanğın söndürüldü - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026