• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kadir İnanırın mirası açıqlandı

ŞOU

21 Sentyabr 2026 | 00:28 | Müəllif: Əli Hüseynov

Kadir İnanırın mirası açıqlandı

Türkiyəli aktyor Kadir İnanırın mirası açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, aktyorun İstanbul, Ordu və yaylıq bölgələrdə yerləşən daşınmaz əmlaklarının ümumi dəyərinin təxminən 650 milyon türk lirəsi olduğu bildirilir. İnanırın 25-dən çox lüks saatı, qızıl alışqanı, üzükləri və qələmlərindən ibarət kolleksiyasının isə 50 milyon lirə civarında qiymətləndirildiyi qeyd olunur.

Aktyorun 3 mindən çox qurbağa fiqurundan ibarət kolleksiyasının dəyərinin təxminən 35 milyon lirə, bank hesablarındakı nağd vəsaitin isə 200 milyon lirədən çox olduğu iddia edilir.

Məlumata əsasən, miras prosesində 28 nəfərin adı keçir. İddialara görə, İnanır vəsiyyətində bütün mirasını 27 illik həyat yoldaşı Jülide Kurala buraxıb.

Vəsiyyətdən pay ala bilməyən bəzi qohumların isə mirasa hüquq iddiası ilə çıxış etdiyi və məhkəmədə aktyorun vəsiyyəti hazırladığı zaman əqli vəziyyətinin yerində olmadığını irəli sürdüyü bildirilir.

Bu iddianın məhkəmə prosesində gərginliyə səbəb olduğu qeyd edilir.

Qeyd edək ki, aktyorun vəkili Beykoz Məhkəməsində açıqlama verərək vəsiyyətnamənin dekabrın 17-də açıqlanacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026