• Bakı 22° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Nazir: Azərbaycan uzun illərdir Avropada enerji təhlükəsizliyinə töhfə verir

SİYASƏT

07 Oktyabr 2025 | 10:05

Nazir: Azərbaycan uzun illərdir Avropada enerji təhlükəsizliyinə töhfə verir

"Azərbaycan uzun illərdir Avropada enerji təhlükəsizliyinə töhfə verir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.

Nazir bildirib ki, TDT üzv dövlətləri arasında enerji sahəsində əməkdaşlıq təqdirəlayiqdir: “Bu, böyük perspektivlər vəd edir. Azərbaycan uzun illərdir transregional layihələrlə Avropa və daha geniş coğrafiyada enerji təhlükəsizliyinə töhfə verir. Ənənəvi enerji sahəsindəki uğurlu tərəfdaşlığımızı yeni əməkdaşlıq elementləri ilə zənginləşdirmək zamanıdır".


SON XƏBƏRLƏR

06 Oktyabr 2025