• Bakı C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Türk ordusunun parad heyəti Azərbaycana gəlib

SİYASƏT

05 Noyabr 2025 | 14:34

Türk ordusunun parad heyəti Azərbaycana gəlib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, noyabrın 8-də Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Etibarlı mənbədən Bakıvaxtı.az-a verilən məlumata görə, paradda iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin heyəti artıq Azərbaycana gəlib.

Qardaş ölkə hərbçiləri bu gün Azadlıq meydanında keçirilən təlim-məşq prosesində də iştirak ediblər.

Qeyd edək ki, eyni zamanda Pakistan İslam Respublikası ordusunun bir qrup şəxsi heyəti də Zəfər paradında iştirak etmək üçün ölkəmizdədir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Dekabr 2025