• Bakı 10° C

    7.44 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi

SİYASƏT

16 Fevral 2026 | 16:53

Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi

Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.


SON XƏBƏRLƏR