• Bakı 23° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

“Nə sülh, nə müharibə”: ABŞ və İran yeni reallığa doğru

SİYASƏT

22 Iyun 2026 | 15:56

“Nə sülh, nə müharibə”: ABŞ və İran yeni reallığa doğru

İsveçrədə İran və ABŞ nümayəndələri arasında görüş keçirilir. ABŞ nümayəndə heyətinə Vitse-prezidenti Ceyms Devid Vens, İran tərəfinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.  Danışıqlarda həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir də iştirak edir.

Pakistan və Qətər vasitəçilərinin birgə bəyanatında danışıqlarında irəliləyişin əldə edildiyi, ümidverici olduğu deyilir. Qeyd olunur ki, bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonuna qədər Bürgenstok kurortunda davam edəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə,  baxmayaraq ki, danışıqlar çətinliklərlə üzləşir, mürəkkəb müstəvidə aparılır, tərəflər öz mövqelərini qorumağa çalışırlar, amma bütün hallarda danışıqların davam etdiriləcəyinə şübhə yoxdur.

Siyasi şərhçi vurğulayıb ki, istənilən halda tərəflərin bir həftəlik danışıqlarının müəyyən nəticələri olacaq:

“Əsas amil odur ki, heç bir tərəf müharibəni istəmir. ABŞ və İran yaxşı başa düşür ki, müharibənin alovlanması, münaqişənin şiddətlənməsi onlar üçün fəlakətli olacaq. ABŞ-nin gücünə hamı bələddir. İranın da dirənişi ortadadır. Qarşıdurmanın davam etməsi region üçün daha acınacaqlı nəticələr verə bilər. Xüsusilə Tramp müharibənin başlanmasını ona görə istəmir ki, o, əvvəldən heç bir müharibəyə qoşulmayacağını vəd etmişdi. Bütün problemləri sülh yolu ilə həll edəcəyini demişdi”.

İlqar Vəlizadə: Tramp müharibənin başlanmasını ona görə istəmir ki...

Müsahibimiz qeyd edib ki, bu vədləri reallaşdırmaq üçün konkret addımlar atılmalıdır. ABŞ-də seçkilər yaxınlaşır. Trampın partiyasının qalib gəlməsi ciddi sual altındadır:

“İctimai rəylər göstərir ki, Trampın müharibə ritorikasını mənimsəyənlərin sayı çox azdır. Ona görə də düşünürəm ki, hər halda ABŞ çalışacaq ki, İranla danışıqlar müddətini uzatsın, çünki müzakirələrin davam etməsi savaşın durması deməkdir. Tərəflər “nə sülh, nə müharibə” reallığında müəyyən mənada ortaq məxrəcə gələ bilərlər”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR