• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Nərgiz Zakirova həbs oluna bilər

MƏDƏNİYYƏT

09 Iyun 2022 | 17:46 | Müəllif: Subhan Mahmudov

Nərgiz Zakirova həbs oluna bilər

Hüquqşünas Andrey Aleşkin Rusiyadan deportasiya edilən müğənni Nərgiz Zakirovanın Maksim Fadeyevin mahnılarını oxuyacağı təqdirdə həbs olunacağını açıqlayıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb. Daha əvvəl müğənni pərəstişkarlarına bəzi sevilən mahnıları repertuarına qaytaracağını bildirmişdi.

Sənətçinin "Çox sevdiyiniz hitləri yenidən eşidəcəksiniz" sözlərinə keçmiş prodüseri Maksim Fadeyev sərt reaksiya verib. O bildirib ki, Nərgizin ən sevilən mahnıları "Нежность", "Мы вдвоем" və "Нас бьют - мы летаем"in müəllifi özüdür. Zakirovadan ayrıldıqdan sonra Fadeyev müğənniyə repertuarını ifa etməyə qadağa qoyub.

"Birincisi, bu cinayət maddəsidir və onun hansı bölgədə yerləşməsinin fərqi yoxdur. İkincisi, bu açıqlama məni güldürür: bununla Nərgiz yalnız mahnılarım və musiqim olmadan heç kim olduğunu təsdiqlədi. Adi karaoke ifaçısıdır. İndi o, məni yalnız güldürür" deyə, prodüser açıqlamasında deyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR