• Bakı 15° C

    1.79 m/s

Neymar 2 oyunluq cəzalandı

İDMAN

08 Aprel 2021 | 00:39

Neymar 2 oyunluq cəzalandı

Fransa PSJ-sinin futbolçusu Neymar cəzalanıb.

Bakıvaxtı.az "Get French"ə istinadən xəbər verir ki, Liqa 1-in XXXI turunun "Lill"lə matçında (0:1) qırmızı vərəqə alan braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.

Qeyd edək ki, 29 yaşlı forvard sözügedən görüşün 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci vərəqə görərək, meydandan qovulub. Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib. İnsidentin böyüməsinə hər iki klubun rəsmiləri mane olublar.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026