• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Çempionlar Liqasında ilk finalçı məlum oldu

İDMAN

05 May 2021 | 01:18

Çempionlar Liqasında ilk finalçı məlum oldu

UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Mançester Siti" klubu cavab matçında rəqibini 2 cavabsız qolla məğlub edərək, həlledici qarşılaşmaya vəsiqə qazanıb.

"Şəhərlilər"in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026