• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın qapıçısı növbəti dəfə zədələndi

İDMAN

04 May 2021 | 20:11

“Qarabağ”ın qapıçısı növbəti dəfə zədələndi

“Qarabağ”ın və futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.

27 yaşlı qolkiper “Zirə”yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.

Məlumata görə, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.

Rəqibin hücumu zamanı zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.

Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Qeyd edək ki, aprelin 16-da, Premyer Liqasının XXIII turunun “Səbail”lə matçında da ağır zədələnmiş Məhəmmədəliyevin başına 25 tikiş qoyulmuşdu. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026