• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Onlardan üzr gözləyirik - EKSPERT

SİYASƏT

15 Iyul 2022 | 16:29

Onlardan üzr gözləyirik - EKSPERT

“Əgər payızda Konstitutsiya ilə bağlı yeni referendum elan olunsa və dəyişikliklərin böyük əksəriyyəti bizim illərdir dediyimiz, son 2 ildə hakimiyyət nümayəndələri ilə görüşlərdə qaldırdığımız fundamental məsələlər üzrə olsa, o zaman siyasi missiyamızın böyük bir hissəsini şərəflə yerinə yetirmiş olacağıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, onlara qarşı mənasız, məzmunsuz, savadsız, şər-böhtan xarakterli qarayaxmalara görə kiçik amma səs-küylü marginal dəstənin üzr istəməyini gözləyəcək:

“Vicdanları varsa, üzr istəyəcəklər, yoxdursa zatən Azərbaycan siyasətindən silinib-gedirlər. Bu proses sadəcə sürətlənəcək. Əsas məsələ işlək sistem quruculuğudur, istənilən siyasətçinin, siyasi təşkilatın öncəliyi məhz gələcəyə hesablanmış idarəetmə sisteminin təməlini doğru atmaqdır ki, üzərinə azad və rifah halı yüksək məmləkət inşa etmək mümkün olsun. Son iki ildə, bəlkə də, 200 dəfə yeni Konstitutsiyanın vacibliyi haqqında yazarkən-danışarkən kənardan gülüb-məzələnənlər, indi ciddi sifətlə bu addımın baş verəcəyindən danışırlar...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR