• Bakı 16° C

    2.71 m/s

"Oxu Günü-8" keçiriləcək

CƏMİYYƏT

18 Aprel 2022 | 15:35 | Müəllif: Qalib İbrahimoğlu

"Oxu Günü-8" keçiriləcək

Aprelin 23-24-də Xırdalandakı Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti,“Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir. Festival Azərbaycan Respublikası təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.

“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləriiştirak edəcək.

Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur. Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026