• Bakı 24° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Özəl xəstəxanalarda icbari tibbi sığorta dayandırılır? - RƏSMİ

CƏMİYYƏT

19 May 2026 | 15:34

Özəl xəstəxanalarda icbari tibbi sığorta dayandırılır? - RƏSMİ

Sosial şəbəkələrdə bəzi özəl xəstəxanalarda icbari tibbi sığortanın dayandırılması ilə bağlı müzakirələr gedir. Əksəriyyət müraciət etdikləri özəl xəstəxanalarda bu sığortadan yararlana bilmədiklərini iddia edirlər.

Məsələ nə qədər ciddidir? Deyilənlər həqiqətəuyğundurmu?

Bununla bağlı Bakıvaxtı.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan verilən məlumata görə, dövlət tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda özəl tibb müəssisələrinə göndəriş verilir:

"Bu prosedurda heç bir dəyişiklik yoxdur".

Bildirilib ki, dövlət xəstəxanalarında göstərilməsi mümkün olan xidmətlər üçün isə özəllərə göndəriş verilmirdi. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026