Dövlət Sərhəd Xidməti bir neçə gün əvvəl özünü güllələyən əsgərin ölümü ilə bağlı məlumat yayıb.
Bu barədə Bakıvaxtı.az DSX-yə istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir", - deyə məlumatra bildirilir.
















