ABŞ Prezidenti Donald Tramp özünün Roma Papası obrazında təsvir olunduğu foto hazırlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ lideri süni intellekt vasitəsilə hazırlanan bu fotonu “Truth Social” sosial şəbəkə hesabında paylaşıb.
O, həmin təsvirə heç bir şərh verməyib. Onun bu paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bununla belə, Tramp aprelin sonu zarafatla yeni Roma Papası olmaq istədiyini demişdi.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Yeni Papanın seçilməsi ilə bağlı qapalı görüş isə mayın 7-də Vatikanda başlayacaq.