“Birgə” alternativ ictimai-siyasi hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyan və baş nazirin müavini Mher Qriqoryana qarşı cinayət işinin başlanması tələbi ilə Baş Prokurorluğa və İstintaq Komitəsinə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın koordinasiya şurası məlumat yayıb.
O cümlədən, hərəkat hökumət başçısına və onun müavininə qarşı Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açılmasını və hərtərəfli istintaqa başlanılmasını tələb edir.
Bəyanatda qeyd olunur ki, Gorus-Qafan yolunun Azərbaycana qaytarılması faktı dövlətə xəyanət kimi qiymətləndirilə bilər. Toplanmış faktları, arqumentləri və sənədləri nəzərə alan hərəkat bildirir ki, Paşinyan və Qriqoryanın əməllərində cinayət əlamətlərinin olduğunu düşünməyə bütün əsasları var.
“Bizim bu iki yüksək rütbəli dövlət məmurunun Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası epizodu ilə bağlı hərəkətlərini cinayət kimi təsnif etmək üçün bütün əsaslarımız var...", -n deyə hərəkatın bəyanatında qeyd olunur.