Ermənistan mətbuatı Göyçə gölünün (Sevan) sahilində yerləşən hökumət malikanəsinin şəkillərini yayıb.
Bakıvaxtı.az xəbər verir ki, mətbuatın məlumatına görə, baş nazir Nikol Paşinyan bu günlərdə həmin malikanədə hakim “Mülki Müqavilə” partiyasının üzvlərinə qonaqlıq verib.
Tədbirdə deputatlar və hökumət üzvləri ilə yanaşı, icma rəhbərləri də iştirak edib.
Nikol Paşinyan qonaqlarına malikanəni gəzdirib: hamamı, tualeti, kababxananı və digər otaqları göstərib. Sona ziyafət masası arxasında əyləşiblər. Tədbirə DJ dəvət olunub və partiya üzvləri rəqs edib əyləniblər. Paşinyan və partiyadaşları Sevan gölündə qayıqla gəzintiyə çıxıblar. O, komanda yoldaşlarına hər şeyin qaydasında olduğunu, narahat olmağa əsas olmadığını göstərməyə çalışıb.Modern.az