• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Məşhur “qanuni oğru”nun həbsxanada meyiti tapıldı

DÜNYA

10 Oktyabr 2024 | 12:40

Məşhur “qanuni oğru”nun həbsxanada meyiti tapıldı

"Qanuni oğru", daha çox Lexa Semipalatinski kimi tanınan Aytkali Maymuşev cəzasını çəkdiyi ciddi rejimli həbsxanada meyiti tapılıb. Bu barədə Prime Crime məlumat yayıb.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, Qazaxıstanın 66 yaşlı baş "qanuni oğru"su 2023-cü ilin dekabrından Kareliya Respublikasının Nadvoitsı kəndindəki islah əmək müəssisəsində olub. 2023-cü il iyulun 10-da Moskva şəhər Məhkəməsi onu cinayətkar statusu və qanunsuz narkotik saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Maymuşev Qazaxıstanın ən yaşlı "qanuni oğru"su hesab olunur.

O, kriminal ləqəb alıb və 1997-ci ildə taclandırılıb, bundan sonra o, kriminal ideyaları təbliğ etməyə və onların altında cinayətkarları toplamağa başlayıb. 


SON XƏBƏRLƏR

20 Dekabr 2024