• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Blinken: "Münaqişələrin dayandırılması vacibdir"

DÜNYA

09 Noyabr 2024 | 11:13 | Müəllif: Gülşən Şərif

Blinken: "Münaqişələrin dayandırılması vacibdir"

ABŞ dövlət katibi Antoni Blinken BƏƏ ilə Qəzzada müharibənin dayandırılması və humanitar yardımı müzakirə edib.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki,  ABŞ dövlət katibi Antoni Blinken ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub.

Blinken bildirib ki, ABŞ Qəzzada müharibənin mümkün qədər tez bitirmək əzmini təsdiqləyir.

O, girovların azad edilməsi, davamlı yardımın artırılması, Qəzzada fələstinlilər üçün mülki hökumətin qurulması istiqamətində aparılan addımların zəruriliyini qeyd edib.

 Blinken həmçinin Qəzzaya və Livana göstərdiyi humanitar yardıma, eləcə də regionda sülh və sabitliyin təşviqində davamlı roluna görə BƏƏ xarici işlər nazirinə təşəkkür edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026