"Ukrayna Rusiya ilə eyni sülh sammitində masa arxasında oturmağa hazırdır".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
Səfir bildirib ki, Ukrayna ilin sonunda Rusiyanın da daxil olduğu sülh sammiti keçirmək istəyir:
"Hələlik ikitərəfli danışıqlardan söhbət gedə bilməz. Lakin müharibənin üçüncü ilinə qədəm qoyanda Ukrayna Rusiya rəsmiləri ilə görüşmək istəyir. Bu görüşə üçüncü tərəf kimi çıxış edən ölkələr də qatılacaq. Növbəti sammitin ən mühüm məqsədi Ukraynada ədalətli sülhə nail olmaqdır. Ukrayna Rusiyanın tələblərini səssizcə dinləməyəcək".
Bodnarın sözlərinə görə, növbəti sammitdə Rusiya və Ukrayna ilə yaxşı münasibətlər saxlayan Türkiyənin mühüm rolu olacaq.
Gülşən Şərif
















