• Bakı C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Pensiya, sosial yardım, təqaüd alanlara ŞAD XƏBƏR!

CƏMİYYƏT

23 Dekabr 2024 | 10:22

Pensiya, sosial yardım, təqaüd alanlara ŞAD XƏBƏR!

Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur. 

Yeri gəlmişkən, bu günlərdə respublikanın bölgələrində yaşayan pensiyaçıların, habelə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyalarının ödənişinə başlanılacaq. Pensiyaları bankomatdan çıxarmadan, digər hansısa bir karta köçürmədən məhz sosial ödəniş kartında olan pulla endirim təklif edən mağaza, market və apteklərdə alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, bu fürsətlərdən faydalana bilərsiniz.

Əgər pulu nağdlaşdırsanız və ya pensiya kartından başqa karta köçürüb istifadə etməyə çalışsanız, endirimlərdən faydalanmaq şansını itirəcəksiniz. Endirim yalnız ödəniş nağdsız qaydada sosial ödəniş kartı ilə edildikdə tətbiq olunur. 

Endirimlər təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür. 

Qarşıdan bayram gəlir. Bayram bazarlığı üçün yolunuzu “Bazarstore” və “Al market”dən sala bilərsiniz. Çünki bu marketlər sosial ödəniş alan şəxslərə endirimlər təklif edir. Ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən bu marketlər şəbəkələrindən bazarlıq edib ödənişi pensiya, sosial yardım, müavinət və ya təqaüd aldığınız kartla nağdsız qaydada etsəniz, sizə kassada avtomatik olaraq endirim tətbiq olunacaq. 

“McDonald’s” restoranlar şəbəkəsi yolunuzu gözləyir. İstər Yeni il ərəfəsində, istərsə də bayram və istirahət günlərində vaxt keçirmək üçün bu restorana üz tuta bilərsiniz. Restoranın Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən bütün filiallarında sosial ödəniş alanlara endirimlər təklif olunur. Sosial ödəniş alan hər kəs övladlarını, nəvə və nəticələrini bu məkana aparıb endirimli qiymətlərdən faydalana, əzizlərini sevindirə bilərlər.

Bayram günlərində, eləcə də istirahət günlərində maraqlı vaxt keçirmək istəyirsinizsə, “Özsüt” restoranını seçməyiniz məsləhətdir. Çünki bu restoranın Bakı, Sumqayıt və Xırdalanda fəaliyyət göstərən filiallarında sosial ödəniş alanlara endirim təklif olunur. Müxtəlif dadlı şirniyyatları və ləziz təamları ilə müştərilərinə xidmət göstərən bu restorandan yolunu salan sosial ödəniş alan hər kəs endirimdən faydalanır. Onu da unutmayaq ki, endirimdən faydalanmaq üçün hesabı mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada etmək lazımdır. 

Endirimlər təklif edən digər restoranlarla www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür. 

Yaxınlarınıza və sevdiklərinizə bayram hədiyyəsi almaq istəyirsinizsə, Bakıda, eləcə regionlarda məişət avadanlıqları və elektrotexnika məhsullarının satışı ilə məşğul olan “Baku Electronics”dən alış-veriş edə bilərsiniz. Çünki mağaza bütün məhsullarını sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə təklif edir. Buradan alış-veriş edib hesabı sosial ödəniş kartı ilə nağdsız qaydada ödədikdə avtomatik olaraq endirim tətbiq edilir. 

Bayram hədiyyəsi kimi əzizlərinizə, yaxınlarınıza geyim və çanta da hədiyyə ala bilərsiniz. Bakı, Sumqayıt və Gəncə şəhərlərində ayaqqabı, çanta və idman geyimlərinin satışını reallaşdıran “FLO” mağazası da sosial ödəniş alanlara endirim edir. Bunun üçün alış-verişdən sonra sosial ödəniş kartınızla nağdsız qaydada ödəniş edib endirimdən yararlana bilərsiniz.   

Sosial ödəniş alanlara Xaçmaz rayonunda fəaliyyət göstərən “Kristal” Ticarət Mərkəzi də endirim təklif edir. Yolunuzu bu məkandan salıb endirimdən faydalana bilərsiniz. Alış-veriş edib hesabı sosial ödəniş kartı ilə ödəyin ki, sizə endirim tətbiq olunsun.    

Unutmayaq ki, endirimlərdən faydalanmaq üçün alış-veriş və xidmətlərdən istifadə zamanı ödəniş mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım və təqaüd alınan kartla nağdsız qaydada edilməlidir.

Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyondan çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar. 

Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.


SON XƏBƏRLƏR