Pentaqon Ukraynada bioloji laboratoriyaların layihələndirilməsinə, tikintisinə və avadanlıqlarının təchiz edilməsinə 11 milyon dollardan çox sərmayə qoyub.
Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu, ABŞ Milli Kəşfiyyatının məxfilikdən çıxarılmış sənədlərində yer alıb.
Sənədlərdə əsas podratçının ABŞ-nin “Black & Veatch” şirkəti olduğu bildirilir. Ukrayna Tədqiqat Taun Əleyhinə İnstitutunun Mərkəzi Referans Laboratoriyasının təxminən 3,49 milyon dollara başa gəlib. Bu məbləğin 2 milyon dollardan çoxu laboratoriya avadanlıqlarına xərclənib.
Zakarpatye bölgəsində diaqnostik avadanlıqlara xərclənən xərclər 1,92 milyon dolları keçib. Xerson diaqnostika laboratoriyasına qoyulan investisiyalar isə təxminən 1,72 milyon dollar təşkil edib. ABŞ həmçinin Xerson Regional Laboratoriya Mərkəzinə 2,1 milyon dollardan çox sərmayə qoyub.
Gülşən Şərif
Bakı 



