• Bakı 20° C

    3.36 m/s

"Peyvənd olunan futbolçular güc itirirlər" - Rumıniya klubunun sahibi

İDMAN

24 Fevral 2022 | 01:53 | Müəllif: Qalib İbrahimoğlu

"Peyvənd olunan futbolçular güc itirirlər" - Rumıniya klubunun sahibi

Rumıniya "Styaua"sının sahibi Cici Bekali komandada peyvənd olunmuş futbolçuların oynamasını istəmir.

Baıvaxtı.az-ın report-a istinadən məlumatına görə, 64 yaşlı funksioner bu barədə "Yahoo! Sports"a açıqlama verib.

Onun sözlərinə görə, koronavirisa qarşı vaksin vurdurmuş oyunçular Buxarest təmsilçisində çıxış etməməlidirlər: "Siz mənə gülə bilərsiniz. Amma mən haqlıyam. Peyvənd olunan futbolçular güc itirirlər. Bunun elmi səbəbi var. ÇFR başına gələnləri görmüsünüz? "Rapid"lə matçda sanki huşlarını itirmişdilər. Meydanda yatırdılar. Vaksin yaşlı futbolçulara mənfi təsir edir".

Qeyd edək ki, Cici Bekali daha əvvəl peyvənd olunmaq istəmədiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026