• Bakı 15° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Burak Yılmaz millidən getdi - VİDEO

İDMAN

25 Mart 2022 | 14:25

Burak Yılmaz millidən getdi - VİDEO

Türkiyə millisinin hücumçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama yayıb. O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, dünən dünya çempionatının pley-off oyunlarında Türkiyə millisi səfərdə Portuqaliyaya 3:1 hesabı ilə uduzub. Burak Yılmaz matçda bir qol vursa da, hesab 2:1 olarkən, son dəqiqələrdə penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə Türkiyə mübarizəni dayandırıb və dünya çempionatına gedə bilməyib. Burak həmin matçdan sonrakı mətbuat konfransında millidən getdiyini açıqlayıb.

Burak Yılmaz yığmanın heyətindəki debütü 2006-cı il aprelin 12-də Azərbaycan millisinə qarşı olmuşdu. O bu günədək milli komandada 77 oyun keçirib, 31 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026