• Bakı 12° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycan Estoniyanı darmadağın etdi

İDMAN

25 Mart 2022 | 21:18 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan Estoniyanı darmadağın etdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız Estoniya yığması ilə üz-üzə gəlib.

AVRO-2023-ün seçmə mərhələsinin A qrupunun görüşü Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunub. Final mərhələsinə çıxmaq şansını itirən autsayderlərin dueli sonuncu olmamaq uğrunda mübarizə baxımından önəm daşıyıb.

Qələbə həsrətində olan rəqiblərin duelində millimiz sevinən tərəf olub. Hər hissədə bir qol vuran Musa Qurbanlı komandamıza böyük üstünlük qazandırıb – 2:0. Son dəqiqələrdə isə Abdullah Xaybulayev üçüncü qolu vurub. Bununla da millimiz böyükhesablı qələbə qazanıb – 3:0.

Qeyd edək ki, bu gün qrupumuzda Xorvatiya – Avstriya oyunu da keçiriləc

Azərbaycan millisi 7 oyundan sonra 4 xalla qrupda 5-cidir. Xalı olmayan Estoniya isə qrup sonuncusudur.

AÇ-nin seçmə mərhələsi
25 mart

Azərbaycan – Estoniya 3:0
Qollar:
 Musa Qurbanlı, 44; 66. Abdulla Xaybullayev, 88.
Hakimlər: Devid Munro, Şon Karr, Duqlas Potter, Qrant İrvin (hamısı Şotlandiya).
Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Əkpər Vəliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev (6. İldar Ələkbərov, 86), 17. Rüfət Abdullazadə, 19. Nihad Quliyev, 20. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 1. Rüstəm Samuqullin, 2. Zamiq Əliyev, 8. Səbuhi Abdullazadə, 14. Kamran Quliyev, 15. Abdullah Xaybulayev, 16. Pərviz Azadov, 21. İsmayıl Zülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.

Estoniya: 1. Evert Grünvald, 2. Kristo Hussar, 3. Mairo Miil, 6. Kristian Pelt, 7. Robi Saarma (13. Nikita Mihaylov, 58), 8. Mihkel Yarviste (k), 10. Nikita Komissarov (17. Dominik Laaneots, 81), 11. Aleksandr Şapovalov (4. Grauberg Lepik, 81), 15. Artur Şarnin, 20. Mark Ander Lepik (19. Qleb Pevtsov, 58), 23. Tanel Tammik.
Ehtiyat oyunçular: 12. Kristen Lapa, 22. Karl Kaiser Kiidyarv, 5. Danil Kuraksin, 16. Danil Pankov, 21. Rasmus Kallas.
Baş məşqçi: Sander Post.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026