• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimizin üzvü Almaniyada daha bir qol vurdu

İDMAN

24 Aprel 2022 | 18:53

Millimizin üzvü Almaniyada daha bir qol vurdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Hanza Rostok”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da millimizin yarımmüdafiəçisi vurub. Dmitri 45-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:1 edib. Amma fasilədən sonra daha bir qol buraxan auelilər qələbəni əldən veriblər.

31 oyuna 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026