• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Beşiktaş”ın yeni baş məşqçisi o oldu

İDMAN

25 Mart 2022 | 21:45

“Beşiktaş”ın yeni baş məşqçisi o oldu

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Super Liqa komandası fransalı məşqçi Valeryen İsmaellə 1+1 illik müqavilə imzalayıb.

O, bu vəzifədə Öndər Karavelini əvəzləyib. Ö.Karaveli komandanın məşqçilər korpusunda yer alacaq.

Xatırladaq ki, fransalı mütəxəssis karyerası ərzində İngiltərənin “Vest Bromviç”, “Barnsli”, Almaniyanın “Volfsburq”, “Nürnberq” və Avstriyanın “LASK” kollektivlərinin baş məşqçisi olub.

Qeyd edək ki, İstanbul təmsilçisi Türkiyə çempionatında növbəti oyununu aprelin 3-də səfərdə “Trabzonspor”a qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026