Bu gün DÇ-2022-nin pley-off oyunlarına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlcədən 6 oyunun keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılıb.
FİFA Ukraynaya hücum səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Rusiyaya texniki məğlubiyyət verildiyi üçün Polşa birbaşa finala vəsiqə qazanıb. Ukrayna -Şotlandiya matçı isə iyun ayına təxirə salınıb.
Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olub. Avropa çempionatının son qalibi İtaliya yığması isə Şimali Makedoniya ilə üz-üzə gəlib.
DÇ-2022
Pley-off mərhələsi, yarımfinal
24 mart
A yolu
Uels – Avstriya 2:1
Qol: Beyl, 25; 51 - B.Deyvis, 65-öz qapısına.
B yolu
İsveç – Çexiya 0:0 (Əlavə vaxt)
C yolu
İtaliya – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 90+2.
Portuqaliya – Türkiyə 3:1 (2-ci hissə)
Qol: Otavio, 15. Jota, 42. M.Nunes, 90+4 - B.Yılmaz, 65.
















