• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İtaliyalı idmançı Bakıda birinci yeri tutdu

İDMAN

23 Aprel 2022 | 17:58 | Müəllif: Subhan Mahmudov

İtaliyalı idmançı Bakıda birinci yeri tutdu

İtaliyalı gimnast Sofiya Raffaelli Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda çoxnövçülükdə 125,150 xal toplayaraq birinci yeri tutub.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, Çoxnövçülükdə ikinci yerdə - Bolqarıstan təmsilçisi Boryana Kalein, üçüncü yerdə isə italiyalı Milena Baldassarri qərarlaşıb.

Azərbaycan gimnastları Arzu Cəlilova (119,450 xal) və Zöhrə Ağamirova (119,300 xal) çoxnövçülükdə müvafiq olaraq altıncı və yeddinci yerləri tutublar.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026