• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mbappe dünyanın ən çox maaş alan futbolçusu oldu

İDMAN

22 May 2022 | 10:44

Mbappe dünyanın ən çox maaş alan futbolçusu oldu

Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadan Kilian Mbappe dünyanın ən çox maaş alan futbolçusu olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tviterdəki səhifəsində bildirib.

Yeni sözləşməyə əsasən, 24 yaşlı hücumçunun məvacibi 93 milyon avro təşkil edəcək. Ən çox maaş alan oyunçuların siyahısında Mbappenin komanda yoldaşları Lionel Messi (35 milyon avro) və Neymar (30 milyon avro) ilk "3-lüy"ü qapayır.

Qeyd edək ki, Kilian Mbappenin yeni müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. O, 2021/2022 mövsümündə Fransa Liqa-1-də 34 oyuna çıxıb, 28 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026