• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan-Ermənistan oyunu BU TARİXDƏ OLACAQ

İDMAN

20 Iyun 2022 | 17:51 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-Ermənistan oyunu BU TARİXDƏ OLACAQ

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda oyunların təqvimi açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, San-Marinodakı turnirdə 10 komanda iki qrupda mübarizə aparacaq.

B qrupunda yer alan Azərbaycan yığmasının Lüksemburq, Cəbəllütariq, Ermənistan və Moldova ilə görüşlərinin tarixi və başlama saatı dəqiqləşib. İlk turu buraxacaq çempionata iyulun 25-də başlayacaq.

Öncə Lüksemburq, ardınca Cəbəllütariqı sınağa çəkəcək komandamız IV turda Ermənistanla qarşılaşacaq. Serravalle şəhərindəki qrup mərhələsində son rəqib Moldova olacaq.

Hər qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək (apasport.az). A qrupunda Monako, Malta, San-Marino, Albaniya və Andorra mübarizə aparacaq.

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatı
C divizionu
B qrupu
II tur, 25 iyul

14:30. Azərbaycan – Lüksemburq
III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan
IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan
V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026