• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

FIFA dünya çempionatının mükafat fondunu artıracaq

İDMAN

20 Iyul 2022 | 16:56

FIFA dünya çempionatının mükafat fondunu artıracaq

FIFA 2023-cü ildə qadınlar arasında keçiriləcək dünya çempionatının mükafat fondunu artıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ali futbol qurumunun baş katibi Fatma Samura açıqlayıb.

O bildirib ki, mükafatın məbləği iki dəfədən çox artırılaraq 98 milyon avroya çatdırılacaq: “FIFA hazırda bunu müzakirə edir. Düzdür, kişilər arasında dünya çempionatının pul mükafatından hələ çox uzağıq. Lakin nəzərə almalıyıq ki, kişilər arasında mundial təxminən 100 il əvvəl başlayıb. Qadınların çempionatı isə 1991-ci ildən keçirilir”.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatının mükafat fondu 2015-ci ildə 14,7 milyon, 2019-cu ildə isə 29,4 milyon avro artırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026