• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bavariya"nın baş məşqçisi: "Barselona"nın pulu olmasa da, istədiyini alır"

İDMAN

20 Iyul 2022 | 14:12

"Bavariya"nın baş məşqçisi: "Barselona"nın pulu olmasa da, istədiyini alır"

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Yulian Nagelsmann İspaniya "Barselona"sının transfer siyasətinə təəccüblənib.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı mütəxəssis milyard dollar borcu olmasına baxmayaraq, "Barselona"nın yeni futbolçular, xüsusən Robert Levandovski kimi oyunçu transfer etməsini qeyri-adi qarşılayıb.

"Bu, yeganə klubdur ki, pulu yoxdur, ancaq istədiyi yeni oyunçuları alır. Onların bunu necə etdiklərini bilmirəm. Bu, qəribə və bir az da ağılsızcasınadır", - deyə o bildirib.

Qeyd edək ki, Robert Levandovski "Bavariya"dan "Barselona"ya 45 milyon avroya transfer olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026