• Bakı 18° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

"Cavab matçında..." - Qurban Qurbanov

İDMAN

17 Avqust 2022 | 23:27

Cavab matçında... - Qurban Qurbanov

"Gərgin oyun oldu. Hər iki komandada həyacan var idi. Düşünürəm ki, bu olmalı idi. Çünki hər iki tərəf bir-birini yaxından tanımırdı. Komandanı canlı hiss etmək tamam başqadır. Müdafiədən oynamağa həzz alan bir kollektivə qarşı mübarizə apardıq. Buna baxmayaraq, 3-4 qol epizodumuz oldu. Rəqib fiziki gücü yaxşı olan komandadır. Həm əks hücumlarda, həm də standart vəziyyətlərdə təhlükəli idi. Cavab matçında daha çox güc sərf etməliyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis futbolçularından razı qaldığını bildirib: "Bu, onlar üçün böyük təcrübə oldu. Cavab görüşünə hazırlaşmalıyıq. Azarkeşlərimiz möhtəşəm idi. Hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


SON XƏBƏRLƏR

24 Sentyabr 2022