Polşanın baş naziri Donald Tusk “Şimal axını”nı qalmaqalı səbəbindən ölkələr arasında münasibətlərin pisləşməsi şəraitində Almaniyaya səfərini ləğv edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Euroactiv” yazıb.
Rəsmi olaraq, səfərin son dəqiqədə ləğvi "vacib milli öhdəliklər" ilə izah edilib və baş nazirin yerini ədliyyə naziri Adam Bodnar səfər edəcək.
Nəşrin mənbələrinə görə, münasibətlərin pisləşməsinə səbəb “Şimal axını” qalmaqalı olub. Berlin hesab edir ki, Varşava boru kəmərini partlatmaqda şübhəli bilinən şəxsin Ukraynaya qaçmasına kömək edib.